Cahangir Həsənzadə: Heç kim əlini birinci yerdən üzməyib
21.02.2011 - 12:25
“Aydın məsələdir ki, oyunda 3 nəticə qeydə alınır. Bu dəfə biz məğlub olduq. Belə götürəndə, pis oynamadıq. Xal qazanmaq istəyirdik. “Xəzər Lənkəran” da yaxşı oynadı”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun qapıçısı Cahangir Həsənzadə deyib.
Fasilədən sonra keçirdiyi ikinci oyunda məğlub olan paytaxt təmsilçisi artıq 6 turdur qələbə üzünə həsrətdir. Hətta “Qəbələ”nin məğlub olmayacağı təqdirdə, “təyyarəçilər”in də ilk “altılıq” şansı bir qədər çətinləşəcəkdi. Lakin əyalət təmsilçisinin “Muğan a yenilməsi Nazim Süleymanovun yetirmələrinin işini xeyli rahatlaşdırdı.
Bununla belə, qarşısına mükafatçılar sırasına düşmək vəzifəsi qoyan AZAL ilk “altılıq” oyunları öncəsi xal ehtiyatını artırmaq şansını əldən verdi. Ancaq Həsənzadə belə düşünmür: “Əsas oyunlar qabaqdadır. Liderlər qrupundan elə də çox geri qalmırıq. “Altılıq”dakı oyunlar zamanı heç bir komanda yüngül qələbə gözləməyəcək. Heç kim əlini birinci yerdən üzməyib. Düzdür, xal ehtiyatını artırmaq olardı. Amma keçmişə baxmağın mənası yoxdur”.
Artıq “altılıq”dakı yerini təmin edən AZAL-ın “Bakı” ilə matça arxayın çıxacağını dəqiqdir. Çünki Süleymanovun komandası xal qazanmasa belə, mükafatlar uğrunda mübarizəni davam etdirəcək. Həsənzadə “Bakı” ilə oyunu “Xəzər Lənkəran”la matça bənzətdi: “Bakı” ilə oyun bizim “Xəzər Lənkəran”la oyundakı situasiyaya bənzəyir. Lənkəran təmsilçisi ilk “altılıq”dakı yerini təmin etsə də, bizim vəziyyətimiz qeyri-dəqiq idi. Onlar uddular. İndi “Bakı” bizim situasiya ilə üzləşib. Ancaq bu, bizi maraqlandırmır. Udub, vəziyyətimizi yaxşılaşdırmalıyıq”.

0
0