“Məncə, o da bu vəziyyətdən narahatdır”
20.04.2011 - 23:06
"Mançester Yunayted"ə uduzaraq Çempionlar Liqası ilə vidalaşan "Çelsi"də problemlər üst-üstə gəlməyə davam edir. Apasport.az saytının xəbərinə görə, həmin oyunda zədələnən müdafiəçi Aleks və ötən həftəsonu məşqdə zədələnmiş Ramiresin durumu naməlum idi. Həkimlərin müayinəsindən sonra isə hər iki braziliyalının 2 həftə oynamasının mümkün olmayacağı açıqlanıb.
"Çelsi"dən söz düşmüşkən, komandanın ən bahalı futbolçusu olan Fernando Torresin qolsuzluq seriyası hələ də davam etməkdədi. 13 oyundu nə qol vuran, nə də məhsuldar ötürmə verən ispan artıq azarkeşlər tərəfindən lağa qoyulur.
Tərəfdarlar "Torres qarşıdakı neçə ildə qol vura bilməyəcək" sualıyla forumlar təşkil edir. Bundan sonra açıqlama verən komandanın baş məşqçisi Karlo Ançelotti hücumçunun mövsümün sonuna kimi mütləq qol vuracağına söz verib: "Torreslə digər forvardlarla çalışdığımız kimi çalışırıq. O da digərləri kimi zərbə və ötürmələr üçün xüsusi məşqlər edir. Məncə, o da bu vəziyyətdən narahatdı və qol vurmaq istəyir".

0
0