Həmrəylik anı
20.04.2011 - 23:10
İngiltərə çempionatının hesabat turunda baş tutan "Arsenal" - "Liverpul" görüşü hələ uzun müddət xatırlanacaq. Apasport.az saytının xəbərinə görə, bu qarşılaşmaya əlavə olunan 8-ci dəqiqədə meydan sahibləri, 12-ci dəqiqədə isə qonaqlar penaltidən qol vurmuşdu (1:1).
Həmin oyunda ciddi zədə alan "Liverpul"un müdafiəçisi Cimmi Karrager matçı belə xatırlayır: "Bu, böyük həmrəylik anı idi. Mənə elə gəlir ki, Kenni Dalqliş gələndən sonra bizdə istedad aşkar olub. O vaxtdan bəri hamımızda ümumi məqsəd görürəm və məhz bu uğura nail olmağa imkan verir. Matçın artıq bitdiyini düşündüyümüz halda qazanılmış həmin penaltini götürək. Həmrəylik, məğlub olmamaq üçün ümumi istək olmasaydı, bu penalti də olmazdı".
Matç zamanı aldığı zədədən huşunu itirən Cimmi həmin anı xatırlamır: "Paltardəyişmə otağında özümə gəldim. Matçın son 10 dəqiqəsinə kənardan baxmaq üçün dərhal geri qaçdım. Və Kuytun penaltidən vurduğu dəqiq zərbə bizə layiq olduğumuz xalı qazandıranda, hamı ilə birgə sevindim".

0
0