“Sevilya”da baş məşqçi dəyişikliyi
20.04.2011 - 23:13
Gələn mövsümdən etibarən "Sevilya"nı Lion "Olimpik"inin baş məşqçisi Klod Pyuel çalışdıra bilər. Apasport.az-ın "Franse Football"a istinadən xəbərinə görə, komandası ilə hələ birillik müqaviləsi olmasına baxmayaraq, 49 yaşlı mütəxəssis gələn mövsümdən "Olimpik"də işləməyəcək.
Qriqorio Manzano ilə yayda yollarını ayırmağı planlaşdıran "Sevilya"da isə post boş qaldığından onun yerinə Pyuelin gətiriləcəyi iddia olunur. Eyni zamanda, mətbuat klubun prezidenti Xose Maria del Nidonun da fransız məşqçini komandaya gətirməkdə maraqlı olduğunu yazıb.
"Sevilya"da baş məşqçiliyə namizədlər arasında Pyuellə yanaşı, Çili yığmasının sabiq çalışdırıcısı Marselo Byelsa və "Atletik"in baş məşqçisi Xoakin Kaparros da göstərilir.

0
0