“Real” İspaniya kubokunda 18 illik həsrətə son qoydu
21.04.2011 - 08:39
“Real” İspaniya kubokunda 18 illik həsrətə son qoydu
Madridin “Real” klubu İspaniya kubokunun yeni qalibi olub. Apasport.az saytının məlumatına görə, “Kral klubu” ölkə kubokunda 18 illik həsrətə əzəli rəqibi “Barselona” ilə oyunda son qoyub. Sonuncu dəfə 1993-cü ildə bu titulu qazanan “Real” finaldakı “El Klassiko”da qələbəni əlavə vaxtda əldə edə bilib. 90 dəqiqə qolsuz bərabərliklə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilir. Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldonun 103-cü dəqiqədə vurduğu qol oyunda yeganə olur – 1:0.
Qeyd edək ki, bu, Joze Mourinyonun ötən yaydan çalışdırdığı “Real”da ilk titulu olur və əzəli rəqiblərin növbəti dueli aprelin 27-də, mayın 3-də Çempionlar Liqasının yarımfinalında olacaq.