Ramiz Məmmədov: 117 dəqiqə hücumda olduq
21.04.2011 - 09:12
Ramiz Məmmədov: 117 dəqiqə hücumda olduq
“Siz əsl melodrama izlədiniz. Düzünü desək, biz qələbəyə daha layiq idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Ölkə xaricində çalışan həmyerlimiz Qazaxıstan kubokunun 1/8 final mərhələsinin “Tobol”la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Təəssüf ki, futbolçularımız son 3 dəqiqədə konsentrasiyanı itirdilər. Lakin obyektiv danışsaq 117 dəqiqə hücumda olduq. Amma bu futboldur, burda hər şey olur. Yəqin ki, buraxdığımız 3-cü qol 2-cinin davamı idi. Müdafiəçilərimiz bağışlanmaz səhv buraxdılar. Lakin bu oyun artıq arxada qalıb. Qarşıda “Tonol”la bazar günkü oyunumuz var”.

Qeyd edək ki, “Atırau” 2:1 hesabı ilə irəlidə olduğu matçın sonlarında buraxdığı 2 qolla mübarizəni dayandırıb.