Joze Mourinyonun titul rekordu
21.04.2011 - 09:20
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo mükafatlardan doymur. Apasport.az saytının məlumatına görə, 48 yaşlı portuqaliyalı mütəxəssis 2003-cü ildən bu yana titulsuz qalmayaraq, rekordunu davam etdirir. Mourinyo bu uğurlu yola 2002/03 mövsümündə “Portu”nu çalışdırdığı vaxtdan başlayıb. Həmin vaxt komandanı zirvələrə daşıyaraq, eyni zamanda özünü məşqçi kimi sübut edən portuqaliyalı sonradan vətəndən kənarda uğur qazanıb. Bununla 4 müxtəlif ölkədə kuboka yiyələnən Mourinyo “Çelsi”, “İnter” və “Real”ın da tarixinə düşdü. Özü də Mourinyo onların uzun həsrətinə soydu. Belə ki, “Çelsi” xeyli müddətdir qazana bilmədiyi ölkə çempionluğuna məhz onun rəhbərliyi altında nail oldu. “İnter” Çempionlar Liqasının ilk dəfə məhz Mourinyo ilə qazandı. “Real” isə ölkə kubokundakı uzun müddətlik həsrətə məhz onunla son qoydu.
Mourinyo “Barselona” ilə bərabər mübarizəli saydığı oyunda fantastik qələbə qazandıqlarını bildirib: “İlk hissədə biz, ikinci yarıda rəqib daha yaxşı oynadı. Ancaq biz belə olacağını bilirdik. Çünki iki hissəni eyni səviyyədə oynamaq qeyri-mümkündür. Komandamızda İker Kasilyası qeyd edərdim ki, qapıçı 2 dəfə bizi qoldan xilas etdi. Biz ümumilikdə az səhv buraxdıq. Bu da onunla bağlıdır ki, futbolçular böyük konsentrasiya olaraq, taktiki nöqteyi-nəzərdən çox ciddi oynayırdılar. Fikrimcə, bu turnirdəki qələbə futbolçuları gərginlikdən azad edəcək. Axı komanda çoxdan heç nə udmurdu”.
O, bu titulu təkcə öz adına çıxmayıb: “Yaxınlara kimi məni futbol yox, titul məşqçisi adlandırırdılar. Bu sözlərə görə minnətdaram, çünki mən belə mütəxəssis olmaq istəyirəm. Mən futbolçularımla fəxr edirəm. Çünki onlar çox yaxşı iş gördülər. Bundan əlavə, çox xoşbəxtəm. Axı 4 müxtəlif ölkədə 4 kubok qazana bilmişəm. Ancaq bu titul təkcə mənə yox, hamıya aiddir”.
Mourinyonun məşqçilikdə nailiyyətləri
“Portu”
Portuqaliya çempionluğu: 2002/03, 2003/04 mövsümləri
Portuqaliya kuboku: 2002/03
UEFA kuboku: 2002/03
Portuqaliya Superkuboku: 2003
Çempionlar Liqası: 2003/04
“Çelsi”
İngiltərə çempionluğu: 2004/05, 2005/06
İngiltərə liqa kuboku: 2004/05, 2006/07
İngiltərə Superkuboku: 2005
İngiltərə ölkə kuboku: 2006/07
“İnter”
İtaliya Superkuboku: 2008
İtaliya çempionluğu: 2008/09, 2009/10
İtaliya kuboku: 2009/10
Çempionlar Liqası: 2009/10
Mourinyonun şəxsi nailiyyətləri
İngiltərə Premyer Liqasında ilin məşqçisi: 2005, 06
İtaliyada ilin futbol məşqçisi: 2009, 10
Qızıl skamya: 2010
FİFA-nın ilin məşqçisi: 2010
İFFHS-nin versiyasına görə ilin klub məşqçisi: 2010
Mehman SÜLEYMANOV

0
0