Qvardiola: “Real”a məğlubiyyəti mümkün qədər tez unutmalıyıq
21.04.2011 - 09:31
“Real”ı məğlubiyyəti mümkün qədər tez unutmalıyıq. Çünki mövsümün sonuna az oyun qalıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola deyib. İspaniya kubokunun finalında “Real”a əlavə vaxtda uduzan (0:1) 40 yaşlı ispaniyalı mütəxəssis əzəli rəqibini təbrik edib: “Real” ilk hissədə yaxşı oynadı. “Barsa” isə öz növbəsində ikinci hissədə və əlavə vaxtda yaxşı oynadı. Ancaq rəqibin bəxti gətirdi. Bu oyunda müsbət cəhətlərimizi təhlil etməliyik. Məsələ ondadır ki, futbolda həmişə qalib gələn haqlıdır. Uduzanın isə az arqumenti olur”.
Qvardiola “Real”dan bu məğlubiyyətin əvəzini Çempionlar Liqasında çıxmaq istəyir: “İndi bərpa olunub, milli çempionatda növbəti oyuna hazırlaşmalıyıq. Bundan sonra Çempionlar Liqasının yarımfinalında mübarizə gəlir. Mən azarkeşlərimiz və “Barselona”nın göstərdiyi oyunla fəxr edirəm”.
Qeyd edək ki, bu, Qvardiolanın 3-cü mövsümdür çalışdırdığı “Barselona” ilə “Real”a ilk məğlubiyyəti oldu. O, həmçinin baş məşqçi kimi finalda ilk dəfə yenildi.

0
0