“Adamsın “Arsenal”ın baş məşqçi postuna gətirilməsi müzakirə oluna bilər”
21.04.2011 - 10:47
“Toni Adams möhtəşəm futbolçu olub. O da istəyər ki, doğma “Arsenal”a qayıdıb, baş məşqçi olsun. Lakin böyük futbolçunun yaxşı məşqçi olması üçün müəyyən şərtlər olmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Arsenal” klubunun əfsanələrindən biri sayılan Naycel Uinterborn deyib.
O, uzun illər çiyin-çiyinə oynadığı, “Arsenal”ın kapitanı olmuş “Qəbələ”nin baş məşqçisi Toni Adamsın London təmsilçisinə qayıdışı perspektivindən danışıb: “Məncə, Adams “Arsenal”a rəhbərlik etmək üçün çox şeyə malikdir. O, “Uikomb”da pis çalışmadı. “Portsmut” isə onun yeri deyildi. Sonra isə Azərbaycana yollandı. Düşünürəm ki, Adams İngiltərənin digər klublarından birində çalışıb, uğur qazanmalıdır. Bundan sonra onun “Arsenal”ın baş məşqçi postuna gətirilməsi müzakirə oluna bilər”.

0
0