“Fənərbaxça” transferlərə başladı
21.04.2011 - 11:00
Yeni mövsüm üçün transfer çalışmalarına başlayan “Fənərbaxça” ilk bombasını partladıb. Apasport.az məlumatına görə, “sarı bülbüllər” “Trabzonspor”da forma geyinən Səlcuk İnanla razılıq əldə ediblər.
Türkiyə yığmasının da şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi növbəti 2 ildə “Fənərbaxça”nın şərəfini qoruyacaq.
Qeyd edək ki, İnan Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanın Türkiyə milli komandasını 1:0 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olub.

0
0