Belçikalı nazir Emil Mpenzanı sevimli klubuna apardı
21.04.2011 - 11:38
Belçikalı nazir Emil Mpenzanı sevimli klubuna apardı
Belçika mətbuatı dövlət məmurlarının sevimli komandaları haqda silsilə yazılarını davam etdirir. Apasport.az saytının məlumatına görə, tanınmış dövlət xadimlərinə müraciət edən həmkarlarımız müxtəlif şəxslərin sevimli komandaları üçün qurduğu ideal “11”liklərə aydınlıq gətirib.

Rubrikanın növbəti qonaqlarından olan belçikalı nazir Vinsent van Kuikenborn Bakının “Neftçi” klubunda oynayan Emil Mpenzanı da öz komandasına “transfer” edib.

“Kortriyk” klubunun pərəstişkarı olan nazir komandanın ideal “11-liy”ini müəyyənləşdirib. O, karyerasını bu klubda başlamış Emili də komandasının ön xəttində görür. İdeal heyətdə məşhur simalardan Lorenso Stalensə də yer ayırıb. Nazirin arzularına əsasən, Mpenzanın yer aldığı komandaya isə Belçika yığmasının indiki məşqçisi Jorj Leekens rəhbərlik etməlidir.