Avropa futbolunda görünməmiş rekord!
21.04.2011 - 12:00
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo daha bir rekord müəllifi olub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Avropa futbolu tarixində ilk məşqçi olub ki, 4 ölkədə kubok qazanıb.
Mourinyodan başqa heç bir avropalı çalışdırıcı belə nailiyyətə imza ata bilməyib. “Real”la İspaniya kubokunu əldə edən mütəxəssis əvvəllər “Porto” ilə Portuqaliyada, “Çelsi” ilə İngiltərədə, “İnter”lə İtaliyada da bunu bacarmışdı.

0
0