Anatoli Ponomaryov Azərbaycan yığmasına futbolçu göndərib
21.04.2011 - 23:01
“Oğlumun hazırkı işindən razıyam. Anatoli agentlik işlərini uğurla həyata keçirir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
Ponomaryovun yeganə oğlu Anatolinin hələ 29 yaşı olsa da, ötən qışda futbolçu karyerasını bitirməyi üstün tutdu. Buna görə üzülməyən ata Ponomaryov oğlunun hazırda çalışdığı FİFA agenti kimi uğurlar qazanacağına inanır: “Tolya indiki işində yaxşı nəticə verir. Onun bu günə kimi etdikləri məni çox qane edir. Qış fasiləsində faydalı çalışdı, bir sıra komandalarla əməkdaşlıq etdi, futbolçu verdi. Əlbəttə, bütün bunlara görə ona afərin! Futbolçuları yaxşı komandalara transfer etdirməyin özü böyük işdir. Qoy oğlum işləsin, bizim komandalara da kömək etsin”.
51 yaşlı olimpiya çempionumuzun sözlərinə görə, Anatoli millimizlə işbirliyini başlayıb. Belə ki, 19 yaşlılardan ibarət yığmamıza (U-19) gənc futbolçu axtarışında kömək edir: “Artıq bir futbolçunu U-19-a baş məşqçi Vəli Qasımovun sərəncamına göndərib. Adını xatırlamıram. Ancaq onu bilirəm ki, İsveçdə yaşayan bu futbolçunun 17 yaşı var və yığmamızın təlim-məşq toplanışında olub. Əslində, futbolda iş az deyil və oğlum komandalarımıza futbolçu məsələsində daha çox kömək edə, yaxşı əlaqələrindən istifadə edərək, səviyyəli futbolçular tapa bilər”.
Mehman SÜLEYMANOV

0
0