“Neftçi” necə sevilir? - ARAŞDIRMA
03.05.2011 - 17:00
Azərbaycan Premyer Liqasının sonuna 3 tur qalmış ölkə çempionunun adına aydınlıq gəldi. Apasport.az saytının məlumatına görə, yaşıl meydanları fəth edən “Neftçi” hələ də futbolsevərlərin ürəyinə yol tapa bilməyib. Bunun nəticədir ki, Azərbaycanın ən qoca komandası – bu il 74 yaşı olur – heç də ən çox sevilən deyil.
Bunu “Neftçi”nin ev oyunlarında toplanan tamaşaçı auditoriyası da təsdiqləyir. Təbii ki, 2-3 minlik azarkeş ordusuna tamaşaçı auditoriyası demək olarsa... Tofiq Bəhramov adına Respublika stadionunun yalnız bir neçə sektoruna sığan “Neftçi” sevgisi “ağ-qaralar”ı bu göstəricidə liderlərdən çox uzaq salıb.
Premyer Liqanın arxada qalan 29 turunda qeydə alınan tamaşaçı saylarına nəzərə saldıqda, bakılılar heç də pis olmayan 3-cü pillədədirlər. Lakin liderlərlə fərq o dərəcədə böyükdür ki, mövsümün bütün ev matçlarında üst-üstə 33 mindən də az seyrçi yığan “Neftçi” bu qədər tamaşaçını ötən əsrin 70-80-cı illərində 1 oyuna yığırdı.
İndi isə “Xəzər Lənkəran” “Neftçi”dən 4 dəfə üstündür. “Ağ-yaşıllar” paytaxt klubunun ilboyu topladığı azarkeşi az qala 2 matçda bir araya gətirirlər. Premyer Liqaya bu mövsüm qayıdan “Gəncə” də “Neftçi”yə nümunə ola bilər. Qərblilər “ağ-qaralar”la müqayisədə az qala 2,5 dəfə çox sevilir.

klub | Ev oyunları | tamaşaçı | orta tamaşaçı |
Xəzər Lənkəran | 14 | 135500 | 9679 |
Gəncə | 15 | 84800 | 5653 |
Neftçi | 14 | 32800 | 2343 |
Turan | 15 | 31406 | 2094 |
İnter | 15 | 22355 | 1490 |
Qəbələ | 14 | 19700 | 1407 |
AZAL | 15 | 18200 | 1213 |
Qarabağ | 15 | 17450 | 1163 |
Bakı | 14 | 10200 | 729 |
Muğan | 14 | 9200 | 657 |
Simurq | 15 | 7555 | 504 |
MOİK | 14 | 6130 | 438 |
CƏMİ | 174 | 395296 | 27370 |
0
0