Mpenza belçikalılara çempionluqdan danışdı
03.05.2011 - 14:47
Mpenza belçikalılara çempionluqdan danışdı
“Neftçi” klubunun 6 illik həsrətdən sonra Azərbaycan çempionu olması, Belçika mətbuatının da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, həmyerliləri Belçika yığmasının sabiq futbolçusu Emil Mpenzanın ölkəmizdə qazandığı uğura biganə qalmayıblar.

Belçikalı jurnalistlər hücumçunun çempionluqda payının az – cəmi 6 qoldan ibarət olmasını vurğulamaqla yanaşı veteran futbolçunun zəfərlə bağlı fikirlərini də öyrəniblər: “Mən sevinirəm ki, mövsümün ilk titulunu vaxtından əvvəl təmin etdik. Şübhəsiz ki, biz bu çempionluğa layiq idik”.