Abramoviç kisənin ağzını açdı
03.05.2011 - 17:18
“Çelsi”nin prezidenti Roman Abramoviç pul kisəsinin ağzını açıb. Apasport.az saytının məlumatına görə, rusiyalı milyarder sahibi olduğu komandaya növbəti mövsümdə yeni futbolçuların alınması üçün 80 milyon funt sterlinq ayırıb.
Londonlular “Arsenal”dan ispaniyalı oyun qurucusu Sesk Fabreqas, “Tottenhem”dən uelsli sol cinah yarımmüdafiəçisi Qaret Beyl və “Ayaks”ın hollandiyalı sağ cinah müdafiəçisi Qreqori van der Vili almağı qarşısına məqsəd qoyublar. Digər namizədlər hollandiyalı Uesli Sneyder (“İnter”), almaniyalı Tomas Müller (“Bavariya”), ingilislər Adam Conson (“Mançester Siti”) ilə Eşli Yanq (“Aston Villa”), xorvatiyalı Luka Modriç (“Tottenhem”) və rusiyalı Andrey Arşavindir (“Arsenal”).
Qeyd edək ki, bu futbolçulardan Fabreqas, Beyl, Müller, Modriç, Arşavin Bakıya gələrək, komandalarımıza qarşı oynayıb, sonuncu qol da vurub.

0
0