Azarkeş avtomatla qarşısına çıxanı güllələdi - FOTO
09.05.2011 - 12:43
Yunanıstanın Korinf şəhərində keçirilən “Olimpiakos” və “Panatinaikos” basketbol klublarının görüşü bəxbəxt hadisə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, oyun bitdikdən sonra azarkeşlərinin toqquşması 2 nəfərin xəsarət alması ilə nəticələnib.
Belə ki, fanat qruplaşmaları dava barədə əvvəlcədən razılığa gəliblər. “Görüş” gecə yarısı Korinfdən kənarda baş tutmalı idi. Lakin kütləvi dava “Panatinaikos”un Avroliqanın finalına çıxmasından sonra başlayıb.
“Olimpiakos”un fanatlarından biri Kalaşnikov avtomatı ilə silahlanaraq, 7 nəfər daxil olan dəstəyə atəş açıb və bunun nəticəsində “Panatinaikos”un 2 azarkeşi zədələnərək təcili xəstəxanaya yerləşdirilib. Onlar birinin zədəsi yüngül olduğundan müayinə edildikdən sonra oranı tərk edib. Digəri isə ayağından ciddi yaralanıb.
Qeyd edək ki, son zamanlar fanatlar arasında belə kütləvi toqquşmaların sayı artıb. Son həftədə belə dava-dalaş Polşa kubokunun final matçında - “Legiya”nın “Lex” penalti seriyasından qalib gəldiyi qarşılaşmadan sonra yaşanmışdı. Bundan əlavə, Braziliya çempionatı və Gürcüstan kubokunda da belə hallar baş verib.

0
0