Nuri Şahinin “Real”a keçidi rəsmən həllini tapdı
09.05.2011 - 15:42
Türkiyə milli komandasının yarımmüdafiəçisi Nuri Şahinin Madrid “Real”ına keçidi rəsmən həllini tapıb. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının heyətində Almaniya çempionluğu qazanan futbolçu “Kral klubu” ilə 6 illik müqaviləyə imza atıb.
Nurinin ispanlara transferi 12 milyon avroya başa gəlib. O, Madrid klubunda ilinə 2,5 milyon avro qazanacaq.
Şahin bildirib ki, “Real”a keçidi onun uşaqlıq arzusu olub: “Özümlə qürur duyuram. “Borussiya” rəhbərlinə məni buraxdığı üçün minnətdaram. Onlar uşaqlıqdan xəyalımda canlandığım komandada oynamağım üçün problem yaratmadılar. Bu, bənzəri olmayan 1 transferdir”.
Qeyd edək ki, Nuri ötən il əvvəl “Borussiya”, sonra Türkiyə yığmasının heyətində Azərbaycana gəlib.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0