Uğursuz ənənə: Azərbaycan çempionları I diviziona yollanır
10.05.2011 - 09:07
Azərbaycan Premyer Liqasında çempion baş məşqçilər üçün uğursuz ənənə yaranır. Apasport.az saytının məlumatına görə, milli çempionatımızın qızıl medallarını qazanmış çalışdırıcılar ardıcıl 2-ci mövsümdür aşağı dəstəyə düşməli olur. Böyükağa Hacıyevin ardınca makedoniyalı Qyoko Hacıyevskinin çalışdırdığı komanda I diviziona yollanır. Hacıyev ötən mövsüm Sumqayıtın “Standard”, Hacıyevski Zaqatalanın “Simurq” klubu ilə güclülər dəstəsində yerini qoruya bilmədi. Özü də onlar “Bakı” klubunun hər 2 çempionluğunda baş məşqçiləri olub. Hacıyev 2006-cı ildə, Hacıyevski 3 il sonra buna imza atıb. Özü də 2007-ci ilin sentyabrında Hacıyevin istefasından sonra onu baş məşqçi postunda makedoniyalı həmkarı əvəzlədi.
Qeyd edək ki, ötən mövsüm son pillənin sahibi kimi I diviziona yollanan Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov da çempion olub. Ancaq 46 yaşlı çalışdırıcı bunu futbolçu kimi qazanıb. Hüseynov məşqçi kimi tutul qazanmasa da, mükafatları olub. Belə ki, o, ilk baş məşqçisi olduğu “Karvan”la çempionatımızın gümüş və bürünc medalını qazanıb, həmçinin Azərbaycan kubokunun finalçısı olub.

0
0