Azərbaycan futbolunun tarixinə düşən braziliyalı
10.05.2011 - 09:15
Azərbaycan futbolunun tarixinə düşən braziliyalı
Azərbaycan milli komandasının sabiq üzvü Ernani Pereyra Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi Türkiyə çempionatının aşağı dəstəsindən Superliqaya yüksələn ilk təmsilçimiz olub. Belə ki, Ernaninin şərəfini qoruduğu “Mersin İdman Yurdu” çempionatdakı son matçında “Boluspor”u 2:0 hesabı ilə məğlub edərək birbaşa güclülər sırasına yüksəlib.

Qeyd edək ki, futbol tariximizdə bir sıra oyunçular (Mahir Şükürov. Viktor Kovalyov, İlqar Qurbanov, Mikayıl Yusifov və s.) Türkiyə çempionatının aşağı dəstəsində oynasa da heç biri elitaya yüksəlməyib. Əvəzində 2 futbolçumuz – Rəşad Sadıqovla Ramal Hüseynov “Kocaelispor”la birlikdə Superliqadan aşağı yuvarlanıblar.