Azərbaycan yığmasının qapıçısı Almaniyada yubiley oyununa dəvət olunub
10.05.2011 - 10:32
Azərbaycan yığmasının qapıçısı Almaniyada yubiley oyununa dəvət olunub
Azərbaycan yığmasının və “Abşeron” klubunun qapıçısı Andrey Popoviç baxışda olduğu Almaniya “Fortuna”sında ilk matçına bu gün çıxmalıdır. Apasport.az saytının məlumatına görə, Düsseldorf təmsilçisi düşərgəsində baxışda olan 3 futbolçunu sınamaq imkanı qazanıb.

Belə ki, 4-cü liqada mübarizə aparan “TuS Grevenbroich” klubu bu gün 100 illik yubileyini bayram edir. Yubiley münasibətilə “Fortuna”nı yoxlama oyununa çağıran aşağı dəstə təmsilçisi baxışda olanlar üçün göydəndüşmə şans olub. Düsseldorflular bu gün keçirəcəyi yoxlama matçında sınadığı 3 oyunçuya şans vermək niyyətindədir.

Qeyd edək ki, 100 illik yubileyə həsr olunan matç “Schloss-Stadion”da keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Popoviçlə yanaşı, “Köln”un 18 yaşadək komandasından çağırılan Aleksandr Nantsiq və gürcüstanlı Giya Araxamiya da bu qarşılaşmada sınanacaq.