“Qarabağ” - “Neftçi” oyunu ilə bağlı rəsmi qərar verildi
10.05.2011 - 10:53
“Qarabağ” - “Neftçi” oyunu ilə bağlı rəsmi qərar verildi
Azərbaycan Premyer Liqasının XXXI turunun mərkəzi oyunu “Qarabağ” – “Neftçi” qarşılaşmasının Quzanlı qəsəbə stadionunda keçiriləcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçısı olan Peşəkar Futbol Liqası (PFL) Ağdam Rayon İcra Hakimiyyətinin quruma ünvanladığı məktuba rəsmən müsbət cavab verib. Mayın 13-dəki qarşılaşma ilə bağlı qərar verilərkən “Qarabağ”ın müraciətini və “Neftçi”nin razılıq məktubu da nəzərə alınıb.