Rövnəq Abdullayev: “Turan” klubuna hər cür dəstək göstəririk
10.05.2011 - 11:20
Rövnəq Abdullayev: “Turan” klubuna hər cür dəstək göstəririk
“Yaxın illərdə Azərbaycanda əksər klubların öz stadionları olacaq”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev deyib.

Yaxın vaxtlarda “Bakı”nın stadionunun açılış mərasiminin keçiriləcəyini söyləyən AFFA prezidenti, digər klubların da bu sahədə həyata keçirdiyi və keçirəcəyi işlərdən danışıb: “AZAL klubunun stadionunun tikintisi başa çatdırılıb və hazırda fəaliyyət göstərir. Hazırda “Sumqayıt” komandası yaranıb və “Azərikimya” İstehsalat Birliyi ona sponsorluq edir. Bu komanda Premyer Liqaya çıxmaq istəyir. Artıq Sumqayıt stadionunda təmir başlanıb və avqust ayına qədər işlər yekunlaşacaq. Gəncə stadionunun təmiri barədə düşünürük, maliyyə mənbələri axtarırıq. Futbolun inkişafında Gəncə klubunun olması önəmlidir. “Turan” klubuna hər cür dəstək göstəririk. Stadionu normal vəziyyətdədir. “Qəbələ” klubu isə möhtəşəm stadionun tikintisinə başlayıb”.