“İkincilər” eyni, “birincilər” fərqli saatda
10.05.2011 - 12:40
“İkincilər” eyni, “birincilər” fərqli saatda
Azərbaycan Premyer Liqasının XXXI turunun oyunlarının başlama vaxtı və keçiriləcəyi stadionlar məlum olub. Apasport.az saytının məlumatına görə, ikinci “altılığ”ın oyunları mayın 12-də, ilk “altılıq” qarşılaşmaları ertəsi gün baş tutacaq.
Yarışın sonuna 2 tur qaldığından nisbətən zəiflərin bütün görüşləri eyni saatda başlayacaq. Mükafatlar uğrunda mübarizədə isə komandalar fərqli saatlarda oynayacaq.

12 may (cümə axşamı)

16:00. "Muğan" - MOİK
"Şəfa" stadionu

16:00. "Gəncə" - "Qəbələ"
Gəncə şəhər stadionu

16:00. "Turan" - "Simurq"
Tovuz şəhər stadionu

13 may (cümə)

15:00. "Qarabağ" - "Neftçi"
Ağdam rayonu, Quzanlı Olimpiya İdman Kompleksinin stadionu

18:30. "Xəzər Lənkəran" - "Bakı"
Lənkəran şəhər mərkəzi stadionu

19:00. "İnter" - AZAL
"Şəfa" stadionu