Əfran İsmayılov: Şəkillərə baxmışıq
10.05.2011 - 23:05
“Bakıdan Ağdama yol uzun olsa da, orda oynamağımızın tərəfdarıyam. Həm də cari mövsümdə cəmi bir matçımızı orda keçirəcəyik”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
“Qarabağ” çempionatın növbəti turunda “Neftçi” ilə oyununu bir illik fasilədən sonra Ağdamda, Quzanlı Olimpiya Kompleksində keçirəcək. Mayın 13-də baş tutacaq oyuna əyalət təmsilçisi paytaxtda hazırlaşır. Ötən mövsüm ev oyunlarının bir qismini Quzanlıda keçirən komanda cari çempionatda hələ adıçəkilən stadionda “siftə” etməyib.
Bir müddət əvvəl kompleksin stadionunun qazonunun bərbad vəziyyətdə olduğu bildirilsə də, bu sahədə görülən işlərdən sonra “Neftçi” “Qarabağ”la Ağdamda qarşılaşmağa razılıq verib. Oyunun Quzanlıda keçirilməsinə toxunan İsmayılov azarkeş baxımından üstünlük qazanacaqlarını qeyd edib: “Azarkeşlər yolumuzu gözləyirlər. Oyunun orada keçirilməsinə “Neftçi” də razılıq verdi. Düşünürəm ki, oyun zamanı azarkeş üstünlüyü tərəfimizdə olacaq. Meydançanın örtüyünün əla vəziyyətdə olduğu deyilir. Şəkillərə baxmışıq. Necə olduğunu gedib, görəcəyik”.
Oyuna ciddi hazırlaşdıqlarını qeyd edən 23 yaşlı yarımmüdafiəçi “Neftçi”nin asan təslim olmayacağını da vurğulayıb: “Ciddi hazırlaşırıq. “Neftçi” çempionluğu təmin etsə də, nüfuz üçün oynayacaq. Bizim məqsədimiz isə ikinci pilləni tutmaqdır”.

0
0