AZAL-ın sabiq futbolçusunun böyrəyini dəyişdilər
10.05.2011 - 19:25
 AZAL-ın sabiq futbolçusunun böyrəyini dəyişdilər
“Böyrəyimdə plastik əməliyyat etdilər. Bu, ötən ayın əvvəlində olub. İndi isə bərpa prosesi keçirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun sabiq futbolçusu Dmitri Parxaçov deyib.

Komanda hələ “Olimpik” adlanarkən paytaxt təmsilçisində çıxış edən belaruslu legioner karyerasında fasilə yaratmağa məcbur olduğunu açıqlayıb: “İndi evdə oturub müalicəmlə məşğulam. Düşünürəm ki, yaya kimi özümə gələcəyəm. Bax, onda hansısa kluba düzəlib, orada oynaya bilərəm. Lakin hansı komandaya keçəcəyim yalnız onda bilinəcək”.

Qeyd edək ki, Dmitri 2007/08 mövsümündə Azərbaycan çempionatının gümüş mükafatçısı olub.