Milli komandamızın qapıçısı Almaniya klubunda debüt etdi
11.05.2011 - 09:05
Milli komandamızın qapıçısı Almaniya klubunda debüt etdi
Azərbaycan milli komandasının qapıçısı Andrey Popoviç Almaniyanın “Fortuna” klubunda ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Abşeron” klubunun üzvünün baxışda olduğu Düsseldorf təmsilçisindəki qeyri-rəsmi debütü uğurlu alınıb.

Belə ki, 4-cü liqada mübarizə aparan “TuS Grevenbroich” klubunun 100 illik yubileyinə həsr olunan yoldaşlıq oyununda Popoviç 90 dəqiqə meydanda olub. “Schloss-Stadion”da keçirilən matçda Andrey və komandası yubilyarları məyus edib – 2:1.

Qapıçımız matçın 36-cı dəqiqəsində qapısından qol buraxıb və həmin vaxt hesab bərabərləşib. “Fortuna” yalnız 89-cu dəqiqədə qələbə qolunu vurub.