5 futbolçu ömürlük cəzalandırıldı
11.05.2011 - 09:30
5 futbolçu ömürlük cəzalandırıldı
Gürcüstan çempionatında oynayan 5 futbolçu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, Spartak Qoqiya, Kaxaber Kirtadze (hər ikisi “Samtderiya”), Roin Oniani, Levan Vartaqava (hər ikisi “Baya”) və Qiqa Beçvaya (“VİT-Corciya”) bir daha yaşıl meydanda çıxış edə bilməyəcəklər.

Buna səbəb gürcü futbolçuların totalizatorla əlaqələri nəticəsində danışılmış oyunlarda iştirak etmələrin təsdiqlənməsidir. Gürcüstan Futbol Federasiyasının müvafiq komitəsinin 9 üzvü oyunçuların ömürlük, 8 üzvü isə 5 illiyə diskvalifikasiya edilməsinə səs verib. Nəticədə 1 səs ağır cəza ilə nəticələnib.

Qeyd edək ki, bu futbolçulardan Qoqiya ilə Beçvaya öz komandalarının kapitanlarıdır.