Elnur Allahverdiyev: Onları gözüyaşlı buraxa bilməzdik
25.05.2011 - 14:00
“Çempionluğu əldən verdikdən sonra, ölkə kubokunu qazanmaq lazım idi. Azarkeşlərimiz üçün bunu etməli idik. Onları gözüyaşlı buraxa bilməzdik. Şükürlər olsun ki, məqsədimizə nail olduq. Fanatlarımızı öpür, bağrıma basıram. Avropa Liqasında gücümüzü sübut etməliyik. Göstərməliyik ki, biz də futbol oynaya bilirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.
NBC Bank Azərbaycan kubokunun final qarşılaşmasında oyun sonrası penaltilərlə “İnter”i məğlub edən “Xəzər Lənkəran” tarixində üçüncü dəfə bu uğura sevinir. Bununla, çempionatı ikinci pillədə başa vuran əyalət təmsilçisi titul qazanmaqla azarkeşlərini sevindirməyi bacarıb.
Təbii ki, belə gərgin oyunda 120 dəqiqə mübarizə aparmaq asan deyil. Bunun üçün həm fiziki, həm də psixoloji baxımdan yaxşı hazırlığa malik olmaq lazımdır: “120 dəqiqə oynamaq çətin idi. Nəzər alın ki, mövsümün son oyunudur və burda fiziki hazırlıqla yanaşı, əsəbləri də cilovlamaq lazımdır. Bu baxımdan sona qədər oynamaq həm məsuliyyət tələb edirdi. Adi bir səhv bir il ərzində çəkilən zəhməti yerə vura bilərdi”.
Mövsümlə bağlı da danışan müdafiəçi “Xəzər Lənkəran”ın uğurlu il keçirdiyini bildirir: “Ağır mövsüm keçirdik. Ona görə də kuboku qazanmaqla, bu uzun marafonu yaxşı sonluqla bitirmək istəyirdik. Çempionluğu qazansaq, daha yaxşı olardı. “Neftçi”nin buna layiq olmadığını düşünürəm. Kuboku qazanmaqla, buna layiq olduğumuzu sübut etdik. Əsas odur ki, mövsümü yaxşı başa vurduq. Uşaqlarda yorğunluq var. İstirahət versələr edəcəyik, verməsələr, məşqlərimizi davam etdirəcəyik. “Xəzər Lənkəran” məqsədinə çatdı. Əvvəlki ildə komanda dördüncü yeri tutmuşdu. Bu dəfə ikinci yeri və kuboku qazandıq. Uşaqlar kişi kimi döyüşdülər. Hamısına təşəkkür edirəm”.
Ötən il Avropa Liqasında uğursuz çıxış edən “Xəzər Lənkəran”ın yayda necə çıxış edəcəyi maraq doğurmaya bilməz. Komandanın aparıcı oyunçularından olan Allahverdiyev bu dəfə yaxşı nəticələrlə yadda qalacaqlarına inanır: “Bu dəfə daha yaxşı oynamalıyıq. Buna borcluyuq. Çünki kubokun ardı gəlməlidir. Bunu gətirməsək, haqqımızda yaxşı heç nə deməyəcəklər”.

0
0