Apasport.az Uinston Parksa mükafat verdirdi
25.05.2011 - 14:17
NBC Bank Azərbaycan kubokunda fərqlənən futbolçuları mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, bu gün təşkil olunan tədbirdə ölkə kubokunun finalında keçirilən “İnter” – “Xəzər Lənkəran” matçının ən yaxşı futbolçusu və mövsümdə yarışın ən yaxşı qolunu vuranlara “Gold kart” mükafatı və hədiyyələr təqdim olunub.
NBC Bank tərəfindən xüsusi seçilən münsiflər heyəti finalın ən yaxşısı kimi “ağ-yaşıllar”ın qapıçısı Kamran Ağayevi, ən yaxşı qolun müəllifi kimi isə Rəşad Məmmədovu (“Rəvan”) seçib. Onlar bugünkü tədbirdə öz mükafatlarını alıblar.
Qeyd edək ki, münsiflər heyətində apasport.az saytı da təmsil olunub.
Tədbirdə əvvəlcədən açıqlanmayan daha 1 mükafat sahibini tapıb.
Belə ki, Peşəkar Futbol Liqası yarışın ən yaxşı bombardiri Uinston Parksa da xüsusi mükafat verib. Hərçənd, təşkilatçılar əvvəlcədən yalnız 2 mükafat nəzərdə tutaraq, bombardiri unutmuşdular.
“Xəzər Lənkəran”ın kubok qazanmasına 4 qolla töhfə verən kosta-rikalının mükafatlandırılmasında apasport.az saytının da rolu olub. Belə ki, “Uinston Parks mükafatsız qaldı” yazısında məhz bombardirin mükafat almamağına qalmasına toxunmuşduq.

0
0