Əsgər Abdullayev “Turan”la müqavilə bağladı
25.05.2011 - 14:37
Əsgər Abdullayev “Turan”la müqavilə bağladı
Yeni baş məşqçi axtarışlarını davam etdirən “Turan” rəhbərliyi Əsgər Abdullayevlə razılığa gəlib. Apasport.az saytının xəbərinə görə, az öncə qərb təmsilçisinin prezidenti Musa Süleymanovla Abdullayev arasında görüş keçirilib. Baş məşqçi ilə bir illik müqavilə imzalanıb. Vaxtilə millimizi çalışdırmış Əsgər Abdullayev “Bakı”, AZAL kimi komandaların da başında olub .