“Neftçi” yenidən “Şturm”la, “Bazel” yenidən bizimlə görüşə bilər
26.05.2011 - 08:42
“Neftçi” yenidən “Şturm”la, “Bazel” yenidən bizimlə görüşə bilər
Bakının “Neftçi” klubunun Çempionlar Liqasında daha 2 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Şturm”un Avstriya, “Bazel”in İsveçrə çempionu olmasından sonra bilinib. “Şturm” son turda “Vaker”ə 2:1 hesabı ilə qalib gələrək, ölkəsinin üçqat çempionu olub. “Bazel” isə son turda ”Lütsern” üzərində böyük hesabla qalib gələrək (3:0), 14-cü çempionluğunu rəsmiləşdirdi.
Qeyd edək ki, hər 2 komanda bizlərə yaxşı tanışdır. “Şturm” komandalarımıza rəsmi oyunda rəqib olmasa da, onunla yoxlama oyununda görüşmüşük. Elə “Neftçi” ötən yay təlim-məşq toplanışında bu komanda ilə qüvvəsini sınadı. “Bazel” isə 2009-cu ilin avqustunda Avroliqanın son təsnifat mərhələsində “Bakı” ilə görüşərək, onu mübarizədən kənarlaşdırıb.