“Neftçi”nin qapıçısını əvəzləyən tapıldı
26.05.2011 - 09:00
Litva milli komandası ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisinin baş məşqçisi Raymondas Jutautas Lixtenşteynlə Avro-2012-nin seçmə, Norveçlə yoldaşlıq oyunları ərəfəsində qapıçı çatışmazlığından narahatdır. Onun narahatçılığı isə hər 3 qapıçının zədəli olması ilə bağlıdır. Bu üzdən də Jutautas bu mövqeyə yeniləri çağırmağa məcbur qalıb. Baş məşqçini çətin vəziyyətə salanlar arasında Bakının “Neftçi” klubu ilə Azərbaycan çempionu olan Paulius Qribauskas da var. Belə ki, litvalı qapıçını zədədən sonra tam bərpa olunmamağı yığmaya da çətinlik yaradıb.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0