Berti Foqtsun komandası məqsədinə çatdı
26.05.2011 - 09:09
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun futbolçu karyerasını həsr etdiyi Mönhenqladbaxtın “Borussiya” klubu həlledici sınaqdan üzüağ çıxa bilib. Apasport.az saytının məlumatına görə, Foqtsun bütün karyerasını keçirdiyi komanda Bundesliqada qalmaq uğrunda pley-off oyununda II Bundesliqada 3-cü yeri tutan “Bohum”dan güclü olub. Evdə 1:0 hesabı ilə qalib gələn “Borussiya” səfərdə rəqibi ilə bərabərliyə qalaraq (1:1), məqsədinə çatıb.
Qeyd edək ki, Foqts əslən olduğu Mönhenqladbaxt şəhərində yaşayır. O, 1965-79-cu illərdə “Borussiya”da çempionatda 419 oyunda 32, avrokuboklarda 64 görüşdə 8 qol vurub. Foqts bu komanda ilə 5 dəfə Almaniya çempionluğunu, 1 dəfə kuboku, 2 dəfə UEFA kubokunu qazanıb. “Borussiya”da neçə vaxtdır köklü dəyişiklər edilməsi gözlənilir ki, millimizin 65 yaşlı çalışdırıcısının klub rəhbərliyinə gətirilməsi müzakirə olunur.

0
0