Fövqəladə Hallar Nazirliyi daha bir çempionatını keçirdi
26.05.2011 - 09:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu, nazirliyin tabeliyində olan təşkilatlar arasında növbəti daxili çempionat təşkil edib. Apasport.az saytının məlumatına görə, mini futbol üzrə keçirilən yarışda 22 qurumun əməkdaşları iştirak edib.
Mülkü Müdafiə Qoşunlarının İdman kompleksində təşkil edilən çempionatda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası daha üstün oyun nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası ilə gərgin final görüşü DYMX-nın əməkdaşlarının 3:2 hesablı qələbəsilə başa çatıb. 3-cü yer uğrunda görüşdə isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası Sumqayıt Regional Mərkəzinin əməkdaşlarına 2:1 hesabı ilə qalib gəlib.
Sonda fərqlənən komandalara müvafiq kubok, medal və hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimində FHN-nin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxlaığını qeyd edib. Musayev onların bu çıxışlarının ilboyu digər növlər üzrə yarışların nəticələrinə əlavə ediləcəyini diqqətə çatdırıb.
FHN-in İdman-sağlamlıq klubunun təşkil edəcəyi növbəti yarış mayın 31-dən iyunun 1-nə kimi Nardaranda suda xilasetmə üzrə daxili çempionat olacaq.

0
0