Azərbaycanlı futbolçulara nümunə: 2 günə 2 oyun
26.05.2011 - 11:03
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov Azərbaycan Premyer Liqasında çıxış edən əksər futbolçulara nümunə olub. Apasport.az saytının məlumatına görə, yükləmələrdən, oyunların çoxluğundan şikayətlənən həmyerlilərimizdən fərqli estoniyalı sol cinah oyunçusu 2 günə 2 matça çıxıb.
Mayın 24-də saat 20:00-da başlayan NBC Bank Azərbaycan kubokunun finalında keçirilən “İnter” – “Xəzər Lənkəran” qarşılaşmasında iştirak edən Kruqlov bunun ertəsi Estoniya yığmasının oyununda forma geyib. Basklar ölkəsinin yığması ilə görüş saat 23:45-də başlayıb. Özü də Dmitri 2 gündə meydanda keçirdiyi dəqiqələrlə də öyünə bilər.
Final matçında 120 dəqiqə əvəzolunmadan meydanda olan futbolçu ən tezi 22:30-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunu tərk edib. 25 saat 15 dəqiqədən sonra isə onun şərəfini qoruduğu Estoniya millisi meydana çıxıb. Dmitri bu matçın fasiləsində Tenisteni əvəzləyərək 1:2 hesablı məğlubiyyətin şahidi olub. “Valensiya”dakı çıxışları ilə tanınan Adurisin forma geydiyi komanda ilə görüşdə oynayan Kruqlov meydana məcburiyyətdən çıxıb. Buna Tenistenin zədələnməsi səbəb olub. Belə də Kruqlov 2 günə 2 oyunda 165 dəqiqə (hakimlərin əlavə etdiyi dəqiqələrsiz) top qovub. Hələ 2 məqam da diqqət çəkir. Birincisi Bakıdan Tallinə birbaşa təyyarə reysi yoxdur. İkincisi, gecə reysləri olmadığından Kruqlovun finalın ardından Azərbaycanı tərk etməsi də inandırıcı görünmür. Belə çıxır ki, ən azı 2 təyyarə dəyişən Dmitri qarşılaşmadan az əvvəl Estoniyaya çatıb. Ardınca isə meydana çıxıb.
Qeyd edək ki, 2 gündə 2 matça çıxan futbolçu bundan əvvəl başa çatan Premyer Liqanın 32 turunun hamısında meydana çıxan 2 oyunçudan biridir.

0
0