AZAL daha 3 futbolçunu yola saldı
26.05.2011 - 13:35
Azərbaycanı Avroliqada təmsil edəcək Bakının AZAL klubu daha bir neçə futbolçu ilə yollarını ayırıb. Komandanın baş məşqçisi Nazim Süleymanov apasport.az saytına açıqlamasında daha 3 futbolçunun getdiyini bildirib. “Təyyarəçilər” bunadək litvalı Qvidas Yuşka, albaniyalı Eleandro Pema və serbiyalı Draqan Mandiçlə vidalaşmışdı: “Serbiyalı Bunyevçeviç, Tərlan Xəlilov və Elşən Poladovla müqaviləmiz bitib. Onlar komandamızı tərk ediblər. Gürcü Nuqzar Kvirtiyanın da anlaşmasının müddəti qurtarıb. Onunla yeni müqavilə ilə bağlı hələ ikitərəfli razılıq yoxdur. Nuqzar bu gün gəlməlidir və onunla danışıqlardan sonra komandamızda gələcək taleyinə aydınlıq gələcək”.
Süleymanov yeni transferlərlə bağlı işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, menecerlər bir sıra ölkələrdən legionerlər təklif olunub: “Bunlar Portuqaliya, Bosniya və Herseqovina, Serbiya, Çernoqoriya, Makedoniya, Sloveniya, Bolqarıstan, Belçika, Braziliyadır. Hələ ad çəkmək istəməzdim. Komandamız bir araya gələn zamanı, yəni iyunun 5-dən sonra transfer məsələlərimizə aydınlıq gələcək. Ötən fasilədə 10-a yaxın legioneri sınadıq. Bu dəfə düşərgəmizə gələcək əcnəbilərin sayının az olması gözlənilir”.
AZAL maraq dairələrinə düşən legionerləri baxışdan keçirməyə çalışacağıq: “Düzdür, onların oyunları olan videoyazılara baxırıq. Ancaq biri var ki, futbolçunu canlı, meydanda, iş başında görəsən, biri də var disklə izləyəsən. Ancaq elə futbolçular da var ki, milli komandalarının üzvləridir, Avropada tanınmış futbolçulardır. Təbii ki, belə legionerlər birbaşa müqavilə imzalamağa gəlirlər. Ən azı 4-5 səviyyəli legioner transfer etmək fikrindəyik. Bizə hər mövqeyə futbolçu lazımdır”.
Mehman SÜLEYMANOV

0
0