Nazim Süleymanov: Əgər qatıq ağdırsa, mən necə qara deyim?
26.05.2011 - 13:53
“Xəzər Lənkəran”ın Azərbaycan kubokunu qazanması mənim üçün sürpriz olmadı. O, Azərbaycan ən güclü komandalardır, çempionatımıza rəng qatır. Belə olan halda, niyə sürpriz olmalıdır ki?”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib. Çempionatımızı 4-cü yerdə bitirən “təyyarəçilər” “Xəzər Lənkəran”ın NBC Bank Azərbaycan kubokunun qalibi olması sayəsində avrokuboklara vəsiqə qazandı. Əks təqdirdə “İnter” bu hüquqa yiyələnəcəkdir.
Kubokun final oyununu Tofiq Bəhramov adına Respublika stadionunda izləyən Süleymanov ilk baş məşqçisi olduğu “Xəzər Lənkəran”ın qələbəsinə sevinib. O, keçmiş komandasının kuboku qazanacağına inandığını bildirib: “Əlbəttə, biz bu komandanın qazanmasını istəyirdik və ona azarkeşlik edirdik. Başqa cür necə ola bilərdi ki? Məgər biz “İnter”in qalib olub, özümüzün avrokuboklarda kənarda qalmasına azarkeşlik etməli idik? Bilirsiniz, biz siyasətçi, diplomat deyilik. Nə varsa, onu deyirik. Əgər qatıq ağdırsa, mən necə qara deyim?”
Süleymanov avrokuboklarda baş məşqçi kimi debüt edəcək. Bu, iyunun 30-da Avroliqanın I təsnifat mərhələsində ilk görüş olacaq: “Əlbəttə, baş məşqçi kimi avrokuboklarda debütümün uğurlu olmasının istəyirəm. Bunun necə olacağını zaman göstərəcək. Mütləq mərhələ keçməyə çalışmalıyıq. Axı biz Avroliqada təkcə klubumuzu yox, Azərbaycanı təmsil edirik. Bu mənada layiqli çıxış etmək üçün əlimizdən gələni edəcəyik”.
AZAL-ın çalışdırıcısı Avroliqada hazırlığa son mərhələsini ölkədən kənarda keçdiklərini bildirib: “Hazırlığa iyunun 5-də başlayacağıq. İlk 10 günü Bakıda hazırlaşacağıq. Bundan sonra xaricdə təlim-məşq toplanışımız olacaq. Ölkənin harada olacağı hələ dəqiqləşməyib. Ola bilsin ki, Latviyada oldu. İyunun 20-də UEFA keçiriləcək püşkatmada avrokubokda rəqibimizi biləcəyik. İlk oyunu səfərdə keçirsək, birbaşa həmin ölkəyə yollanmalı, əks təqdirdə Bakıya qayıtmalı olacağıq”.
Mehman SÜLEYMANOV

0
0