“Neftçi”ni sevindirən hakim Çempionlar Liqasının finalında
26.05.2011 - 14:23
“Neftçi”ni sevindirən hakim Çempionlar Liqasının finalında
Çempionlar Liqasının finalında “Mançester Yunayted” – “Barselona” matçına təyinat alan baş hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA həlledici görüşü macarıstanlı hakimlər briqadasına həvalə edib.

Oyunun baş hakimi Viktor Kaşşai olacaq. Köməkçi hakim funksiyasını Qabor Eros və Georgi Rinq yerinə yetirəcəklər. IV referi isə İştvan Vaddır.

Final matçı mayın 28-də Londonda “Uembli” stadionunda keçiriləcək.

Qeyd edək ki, Kaşşai Bakıda 2005-ci ilin avqustunda Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” – “Anderlext” (Belçika) oyununu idarə edib. O, görüşdə paytaxt klubunun lehinə penalti zərbəsi verib və “Neftçi” 11 metrlik zərbədən vurduğu qol sayəsində qələbə qazanıb.