“Borussiya”nın futbolçusu Azərbaycan yığmasında
26.05.2011 - 15:50
“Borussiya”nın futbolçusu Azərbaycan yığmasında
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az satının məlumatına görə, baş məşqçi Bernard Lippert yığmalarımız arasında ən zəifi olan U-21-i gücləndirmək üçün legionerlərin milliləşdirilməsini lazım bilib. Belə ki, mayın 31-də Lənkəranda Moldova ilə yoldaşlıq oyununa 8 legioner çağırılıb.

Bunların 5-i Almaniya klublarında oynayan türk futbolçulardır ki, AFFA-nın apardığı seleksiya işlərin nəticəsində onların azərbaycanlı kökləri aşkarlanıb. Digər 3 oyunçudan biri – Sergey Çernışov ölkəmizdə doğulsa da, sonradan Rusiyaya köçüb ki, yalnız futbolçu kimi yetişdikdən sonra vətənə dönüb. Çoxdan milliləşən qapıçı Osman Umarovla yanaşı, “Karvan”ın vaxtilə Türkmənistandan transfer etdiyi İvan Vasilyev də milliləşdirilib.

Qeyd edək ki, mayın 20-dən etibarən Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olan Araz Abdullayev və Amit Quluzadə bu gün U-21-in sərəncamına yollanıb.

İvan Vasilyev

 Karvan

Osman Umarov

 Abşeron

Mirzağa Hüseynpur

 FK Mitos (Rusiya)

Qara Qarayev

 Qarabağ

Novruz Məmmədov

 Muğan

Şəhriyar Xəlilov

 Xəzər Lənkaran

Tərlan Quliyev

 Neftçi

Kamil Nurəhmədov

 Abşeron

Eşqin Quliyev

 Abşeron

Emin Mustafayev

 MOİK

Tural İsgəndərov

 MOİK

Orxan Həsənov

 Abşeron

Mirhüseyn Seyidov

 Neftçi

Sergey Çernışev

 Muğan

Cavid İmamverdiyev

 Neftçi

Cihan Özkara

 RW Ahlen (Almaniya)

Bahəddin Köşə

 RW Ahlen (Almaniya)

Engin Əkrəm

 Borussiya (Münxenqladbax, Almaniya)

Ufuk Budak

 FC Frayburq (Almaniya)

Əli Göydəmir

 Hannover 96 (Almaniya)

Araz Abdullayev

 Neftçi

Amit Quluzadə

 Neftçi



Mənbə: affa.az