“Kim deyir ki, mən “Neftçi”yə keçmişəm?
26.05.2011 - 16:36
“Kim deyir ki, mən “Neftçi”yə keçmişəm? Hələ heç bir klubla müqavilə imzalamamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Naxçıvanın “Araz” klubunun futzalçısı Vitali Borisov deyib.
Klubunda altıncı dəfə ölkə çempionu olan futzalçının qızıl medalları son oyunda əldən verən “Neftçi” ilə müqavilə imzaladığı söylənilsə də, Borisov bunu inkar edir: “Özbəkistanda turnir var. Meydan sahibləri ilə yanaşı, Azərbaycan, Koreya və Rusiya təmsilçiləri iştirak edəcəklər. Komandanı yarışa Hacıbala Abdullazadə aparacaq. O, heyətə əsasən yığmanın formasını geyinən oyunçuları dəvət edib. Mən də həmin heyətə yer alıram. Özbəkistan təmsilçisi Asiya çempionatına hazırlaşır. Ancaq “Neftçi” ilə müqavilə imzalamamışam. Çünki “Araz”la anlaşmam mayın sonunda başa çatacaq. Bundan sonra istirahət haqda düşünürəm. Necə olacağına isə sonra qərar verəcəyəm”.
Qeyd edək ki, yığmanın da formasını geyinən Vitali mayın 28-də Özbəkistanda start götürən turnirdə “Neftçi”nin formasını geyinəcək. Belə ki, Özbəkistanda keçirilən turnirə dəvət alan paytaxt təmsilçisi heyətini “Araz” və “Ekol”un futzalçıları ilə də gücləndirib.

0
0