Azərbaycanda futbolun kütləviliyi üçün vacib addım atıldı
26.05.2011 - 17:00
Grassroots proqramı çərçivəsində AFFA və AccessBank-ın birgə təşkilatçılığı ilə uşaq evləri arasında kubok oyunları keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Şağan Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərindəki uşaq evlərini təmsil edən 6 komanda, ümumilikdə 90 uşaq iştirak edib. Yarışın qalibi adını 2 №-li uşaq evinə qalib gələn 11№-li internat yiyələnib (0:2).
Turnirlə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov fikirlərini bildirib: “Bu il 25 may UEFA tərəfindən Kütləvi Futbol Günü elan olunub və təbii ki, ölkəmizdə futbolun kütləviliyinin təmin olunmasını əsas prioritetlərindən biri sayan AFFA həmin gün müxtəlif tədbirlər keçirmək barədə qərar verdi. Sevindirici haldır ki, uşaq evləri arasında kubok yarışı AFFA-nın partnyorlarından biri olan AccessBank-la birgə təşkil olundu. Respublikamızın müxtəlif şəhərlərində yerləşən uşaq evlərində tərbiyə alan valideyn himayəsindən məhrum uşaqlara bu turnirin nə dərəcədə böyük sevinc bəxş etdiyini sözlə ifadə etmək o qədər də asan deyil. Düşünürəm ki, bu turnirin təşkil olunması ilə AFFA və AccessBank Azərbaycanda futbolun kütləviliyinin təmin olunması istiqamətində vacib addım atdı. Ümid edirəm ki, gələcəkdə də belə turnirlər mütəmadi olaraq keçiriləcək və uşaqlara böyük sevinc bəxş edəcək”.
AccessBank-ın İdarə Heyətinin sədr müavini Anar Həsənovun fikirləri belə olub: “AccessBank AFFA-nın Azərbaycanın bütün məktəblərində, xüsusilə də uşaqlar arasında, futbolun inkişafına istiqamətlənmiş dəyərli fəaliyyətini dəstəkləyir və bu məqsədə nail olmaq üçün AFFA ilə əməkdaşlıq etməyə hazırdır. Bu, idmanın və sağlam həyat tərzinin inkişafına verilən əvəzsiz töhfədir”.
Mənbə: affa.az

0
0