Zaur Tağızadə: Karyeramda yeni səhifə açmışam
26.05.2011 - 18:00
Zaur Tağızadə: Karyeramda yeni səhifə açmışam
“Qarabağ” 2010-2011 mövsümünə yekun vurduqdan sonra ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin sabiq futbolçusu Zaur Tağızadə artıq rəsmən "Qarabağ"ın seleksiyaçı məşqçisidir.

Millimizin də formasını geyinmiş Tağızadə ötən mövsüm karyerasını bitirdikdən sonra məşqçiliyə başlamışdı: “Artıq karyeramda yeni səhifə açmışam. Futbolçu kimi öyrəndiklərimi məşqçi kimi təkmilləşdirmək istəyirəm. "Qarabağ"ın uğur qazanması üçün əlimdən gələni etməyə çalşacam”.