“Rəvan”ın baş məşqçisi istefa verib
26.05.2011 - 18:11
Azərbaycan Premyer Liqasının debütantı olan “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov istefa verib. Apasport.az saytının məlumatına görə, Qədirov komandada fəaliyyətini başqa postda davam etdirməyi üstün tutub.
Bununla əlaqədar klub rəhbərliyi ilə görüşən 41 yaşlı çalışdırıcı idman direktoru vəzifəsinə təyinat alıb. Ötən mövsüm I divizionda 2-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan “Rəvan” yeni baş məşqçi axtarışındadır və bunun yerli mütəxəssis olacağı gözlənilir.
Qeyd edək ki, ötən ilin iyunun ortasında “Rəvan”ın çalışdırıcısı təyin edilən Qədirovun bağladığı 1 illik müqavilənin müddəti bitirdi.

0
0