“Xəzər Lənkəran”da kütləvi təmizləmə
26.05.2011 - 21:28
2010-2011-ci il mövsümündə NBC Azərbaycan kubokunu və Premyer Liqanın gümüş medalını qazanan “Xəzər Lənkəran” 8 futbolçusu ilə vidalaşıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, rumıniyalı oyunçular – Nikulae Muşat, Kosmin Frasinesku, Hristu Kyaku və portuqaliyalı Simao Bruno ilə müqavilənin müddəti bitib.
Klub rəhbərliyi bu futbolçularla müqavilələri artırmayıb. Daha dörd oyunçu – Yevegeni Kopıl, İbrahima Banqura, Elvin Beçiri və Stelian Stanku isə transferə çıxarılıb.
Klub rəhbərliyi bu futbolçularla müqavilələri artırmayıb. Daha dörd oyunçu – Yevegeni Kopıl, İbrahima Banqura, Elvin Beçiri və Stelian Stanku isə transferə çıxarılıb.
0
0