Əvvəl Parks, sonra Adamiya!
26.05.2011 - 23:01
Əvvəl Parks, sonra Adamiya!
Azərbaycan Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçularının adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, Peşəkar Futbol Liqası və Unibankın təşəbbüsü ilə jurnalistlərlə məşqçilər arasında keçirdiyi sorğunun qalibləri əcnəbi futbolçuları olub.

Belə ki, “Xəzər Lənkəran”ın kosta-rikalı hücumçusu Uinston Parks aprelin ən yaxşısı seçilib. “Qarabağ”ın gürcüstanlı futbolçusu Georgi Adamiya isə may ayı üçün hamıdan çox səs toplayıb.

Qaliblər bu gün 15:00-da təşkil ediləcək tədbirdə mükafatlandırılacaqlar.