Raul Qonsalesin komanda yoldaşı Azərbaycana gələcək
27.05.2011 - 09:18
Raul Qonsalesin komanda yoldaşı Azərbaycana gələcək
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində növbəti ev oyununu keçirəcəyi Almaniya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Şalke” klubunun müdafiəçisi Benedikt Hevedes təcili olaraq qarşıdakı görüşlərə çağırıb. Bunlar mayın 29-da evdə Uruqvayla yoldaşlıq görüşü, iyunun 3-də və 7-də Avstriya və Azərbaycan yığmaları ilə səfərdəki rəsmi oyunlardır. “Şalke”də dünya şöhrətli futbolçu Raul Qonsaleslə birgə oynayan müdafiəçi yığmada zədə üzündən sıradan çıxan yarımmüdafiəçilər - Bastian Şvaynştaygerlə (“Bavariya”) Sven Benderi (“Borussiya”, D) əvəzləməlidir.
0