AZAL “Fulad”la heç-heçə etdi
20.07.2011 - 12:15
AZAL “Fulad”la heç-heçə etdi
İyulun 16-dan Qızılcahamamda təlim-məşq toplanışına başlayan AZAL ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İranın “Fulad” klubu ilə qarşılaşan Bakı komandası meydançadan heç-heçə ilə ayrılıb.

Matçda hesabı 21-ci dəqiqədə AZAL-ın bolqarıstanlı legioneri Enyo Krastovçev açıb. Enyo 43-cü dəqiqədə isə dubla imza atıb.

Fasilədə baş məşqçi Elxan Abdullayev heyətdə dəyişiklik edib. O ikinci hissədə əsasən gənclərə və baxışa çağrılan oyunculara şans verdiyindən rəqib oyunda dönüş yarada bilib. Onlara həm də iranlı hakimlərin simpatiyası da kömək edib. Nəticədə AZAL-ın qapısına 2 top vuran “Fulad” hesabda tarazılıq yaradıb. Beləliklə, ilk yoxlama oyununda AZAL meydançanı heç-heçə ilə tərk edib – 2:2.

Qeyd edək ki, bu matç Elxan Abdullayevin AZAL-da debütü olub.