Mirça Rednikin yolu ilə get, 500 min avro qazan!
20.07.2011 - 12:29
Mirça Rednikin yolu ilə get, 500 min avro qazan!
Rumıniyanın “Rapid” klubu yeni mövsümün mükafatlarının məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Razvan Luçesku baş məşqçisi olduğu komandanı çempion edəcəyi halda 500 min avro mükafat qazanacaq.

Klub rəhbərliyinin belə yüksək xərcə düşməyə hazır olması səbəbsiz deyil. Belə ki, paytaxt futbolçuları 8 ildir çempion ola bilmirlər. Son çempionluğunu isə hazırda ölkəmizdə “Xəzər Lənkəran”ı çalışdıran Mirça Rednikin rəhbərliyi altında əldə edib. Onun yolu ilə gedib komandasını qızıl medallara daşıyacağı halda, kiçik Luçesku şəxsi hesabını xeyli zənginləşdirəcək.