Zəiflik əlaməti və ya ətrafınıza baxın, Sadıq bəy!
20.07.2011 - 12:04
Sizə reallığı demək istəyən hər kəsə düşmən kimi baxdınız, Sadıq bəy!
2009-cu ilin sonları idi. Çoxlarının gözləmədiyi halda, “Neftçi”yə vitse-prezident təyin olunan Tahir Süleymanov gözlənilməz açıqlama verir: “Neftçi”nin məqsədi bir neçə ildən sonra Çempionlar Liqasının qrup mərhələsində oynamaqdı.
Yadımdadır ki, Tahir bəyin bu sözləri ironiya ilə qarşılanmışdı. Hərcənd, 2 ildən sonra “Neftçi” rəsmən istəyini bəyan etdi ki, ideya müəllifi məhz Tahir Süleymanovdu. Pafoslu çıxışlar bir-birini sıralamaqda davam edirdi - bizim Mpenzamız, Flavinyomuz, Rodriginyomuz... və s.
İndi demək çətindir, Tahir bəy arif adamdı, ya yox, amma reallığı əks etdirməyən açıqlamalarıyla Arifi xərclədi, bu dəqiqdi.
Elə həmin 2009-cu ildə Böyükağa Ağayev istefaya göndərilərkən “Neftçi” qısa müddətə Arif Əsədova tapşırılmışdı. Səhv etmirəmsə, Bakıxanov qəsəbə stadionunda Arif bəy komandanı “Simurq”la oyuna çıxarmışdı. Start heyətində Ruslan Abışovla Tural Nərimonova müdafiə xəttinin mərkəzində yer verən gənc mütəxəssis diqqətimi çəkə bilmişdi. Həmin an ən böyük istəyim Arif Əsədovun rəsmən “Neftçi”nin baş məqşçi postuna təyinat alması idi. Arif bəy bu posta yiyələndi, amma bir qədər sonra və fərqli iş prinsipi ilə...
Əsədov ilk gündən təcrübəlilərə və əcnəbilərə güvənməyə başladı. Onun yerli gənclərə az şans verməsi məni çox qıcıqlandırırdı. Bir dəfə bu barədə söhbətimiz də oldu. Arif bəy gənclərlə çempionluğu qazanmağın mümkün olmadığını dedi və mən onun bu fikri ilə razılaşdım. Əsədov çempionluğu qazandı, amma qarşısına qoyulan məqsədə çatmadı.
“Dinamo” ilə oyundan sonra azarkeşlər Əsədovdan istefa gözləsələr də, gənc mütəxəssis “istefa vermək zəiflik əlamətidir” deyib. Dünyanın ən tanınmış məşqçiləri istefa verir, səhvlərini boynuna alıb, postunu tərk etməyə özlərində güc tapır, gücsüzlüyünü insanlara cəsarət kimi sırımaq istəyən Arif bəy isə...
“Dinamo” ilə səfər oyunundan sonra mətbuat konfransında sizi irəli versələr də, yoldaş Əsədov, bu uğursuzluqlarda Tahir Süleymanovun dili ilə desək, “sıravi işçidən klub prezidentinə kimi” hamının günahı var. Amma sizin günahınız digərlərindən daha böyükdü. Bugünki reallıqlara görə, futbolumuza iki cür xidmət etmək olar – ya yerli futbolçuları yetişdirib, Azərbaycana bəxş etməlisən, ya da güclü legionerlərin hesabına beynəlxalq arenada uğurlu nəticələrə imza atmalısan. Siz heç birini edə bilmədiniz. Ən pisi odur ki, istefa versəniz, “Neftçi”nin heç bir yerli futbolçusu küçədə sizə salam verməyəcək. Bunu, yəqin, siz özünüz də bilirsiniz. Salam versə belə, çox güman ki, ürəyində deyəcək – “qələbəsi şübhə doğurmayan oyunda sona 10 dəqiqə qalmış Amit Quluzadəni yox, Yasin Himanı meydana buraxan Arifdi bu”.
Tahir Süleymanovdan fərqli, mən bəzi şeylərə real baxırdım və ona görə də, hər dəfə efir vasitəsilə sizdən xahiş edirdim ki, yerli gənclərə çox güvənəsiniz. Haqqınızı yeməyim, bəzi gənc futbolçulara şans verirdiniz. Amma ümumi götürdükdə, heç bir gənc tam potensialını aça bilmədi. Siyahı isə böyük idi – Araz Abdullayev, Mirhüseyn Seyidov, Amit Quluzadə, Cavid İmamverdiyev, Tərlan Quliyev və başqaları.
Bütün mövsüm ehtiyatda oturan Ruslan Əmircanov da bu gün sizin köməyinizə çata bilməzdi.
Yerli futbolçulara qarşı çox səhvləriniz oldu sizin, Arif bəy!
“Mpenzamız, Flavinyomuz, Rodriginyomuz...” deyənlər indi Arif Əsədovu qabağa verib, gizlənməsinlər. Foqts kimi yalnız adı qalan Mpenza ilk oyunda əldə etdiyi 3 epizoddan birində qol vursaydı, bəlkə də başqa cür ola bilərdi hər şey. Legionerlərin əsl gücü Azərbaycan çempionatında yox, Avrokuboklarda bilinir. “Dinamo” ilə oyunlarda isə Rəşad Abdullayev həm Flavinyodan, həm Mpenzadan, həm də Nasimovdan daha yaxşı təsir bağışladı, Tahir bəy!
Bu uğursuzluqda Elnur Əşrəfoğludan Sadıq Sadıqova qədər hamıda günah var. Birləşə bilmədiniz. Özünüz-özünüzü aldatdınız. 10 günlük yolu 1 saata qət etmək istədiniz. Sizə reallığı demək istəyən hər kəsə düşmən kimi baxdınız, Sadıq bəy! Məni “Qarabağ”a simpatiya bəsləməkdə qınaya bilərsiniz. Amma razılaşın ki, “Neftçi” Azərbaycan üçün “Qarabağ” ola bilmədi.
Dünən bir rəsminiz jurnalistlərə deyirdi ki, “Qarabağ”ın “Streymur”a qalıb gələ bilməməsi faciədi, bunu heç kim qabartmır. Amma nəzər yetirsəniz görərsiniz ki, Farer adalarının çempionu “Torshavn” “Malmö” klubuna 90 dəqiqə kabus yaşatdı və İsveç çempionu yalnız son saniyələrdə məğlubiyyətdən xilas ola bildi. Əgər “Qarabağ” 2-ci mərhələni keçə bilməsə, sizdən 100 dəfə artıq tənqid olunacaq, buna əmin olun.
“Qarabağ” Qara Qarayev və Namiq Yusifovu üzə çıxardı bu mövsüm, bəs, siz kimi? Qurban Qurbanov futbolumuza xidmət edir, bəs, Arif Əsədov nəyə?
“Simurq”un rusiyalı baş məşqçisi Sergey Yuran keçirdiyi ilk mətbuat konfransında “Qarabağ”ı və Qurban Qurbanovu tərifləyir, futbolsevərlərin böyük hissəsi “Qarabağ”a azarkeşlik edir və bunun səbəbi Emin Abbasovun təbliğatı yox, komandanın beynəlxalq arenada qazandığı nəticələrdi.
Mənə hər zaman dəstək vermisiniz, Sadıq bəy. Bunu heç vaxt danmaram və inşallah ki, haqqınızı itirmərəm. Amma siz hər zaman bizim düzgünlüyümüzə və səmimiliyimizə şübhə ilə yanaşıb, hər sözümüzü qərəz saymısınız. Bizə yox, ətrafınıza inanmısınız. Hanı, o ətrafınız? İndi cavab versinlər sizə. Amma “Çempionlar Liqası nağılının” ardını yox, reallığı danışsınlar.
Emin ABBASOV
premyerliqa.az

0
0